Bakıda məşhur müğənninin oğlu adam öldürüb – Yeni detallar
Keçən ilin iyun ayında Bakının Nəsimi rayonunda qətl törətmiş Vəliyev Tuncay Vidadi oğlu və Ocaqverdiyev Fərman Əli oğlunun barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
“News24.az” xəbər verir ki, Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni xuliqanlıq niyyəti ilə adam öldürmə maddəsi ilə başlanan cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Azad Məcidovun sədrliyi ilə baxılacaq.
Məlumata görə, bir neçə ay əvvəl də bu işlə bağlı materiallar məhkəməyə daxil olsa da, sonradan iş yenidən prokurorluğa qaytarılmışdı.
Hadisə isə keçən il iyunun 7-də saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində baş verib.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tuncay Vəliyev saxlanılıb.
Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.
Qeyd edək ki, Tuncay Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. Tuncay bir müddət müğənni kimi fəaliyyət göstərib. Onun ögey qardaşı Tural isə bir neçə il əvvəl Bərdədə qətl törətdiyinə görə həbs edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
