Bakıda “London Taxi”sində bıçaqlanma
Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini K.Heydərov iyunun 6-da saat 2 radələrində idarə etdiyi “London Taxi” markalı avtomobildə sərnişin qismində olan şəxslə Binə atçılıq yaşayış sahəsində aralarında münaqişə baş verdiyini, bu zaman həmin şəxsin onun qarın və qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etdiyini bildirib.
DİN Mətbuat Xidmətindən “Minval.info”ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini B.Həsənov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağsuda DƏHŞƏT: 3 uşaq anası özünü öldürdü
Sumqayıtda xüsusi əməliyyat - Narkotacirlər həb edildi (FOTO)
Binəqədidə yeniyetməni qətlə yetirən gəncin atası məhkəmədə dindirilib
Xırdalanda iki qrup arasında silahlı insident: Saxlanılanlar var - VİDEO
Naftalan sakinləri “patı” ilə tutuldu - Foto