Bakıda lift qəzası ilə əlaqədar cinayət işi açıldı

iyulun 13-də paytaxtın Xətai rayonu, X.Məmmədov küçəsi, 18 saylı ünvanda 16 mərtəbəli binanın liftinin 1-ci mərtəbəyə düşməsi nəticəsində sərnişinlərin xəsarət alması faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Minval.İnfo xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğundan məlumat verilib.
Bildirilib ki, cinayət işi üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub və şahidlər dindirilib.
İlkin araşdırmalarla müəyyən edilb ki, binanın 3-cü girişində quraşdırılmış sərnişin lifti aşağı istiqamətdə hərəkətdə olarkən 5-ci mərtəbədən başlayaraq surətlə 1-ci mərtəbəyə düşüb.
Hadisə nəticəsində ölüm və ciddi xəsarət alma halları baş verməyib.
Hazırda iş üzrə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBayram Məmmədovun ailəsini sarsıdan cinayət: Qardaşı saxlanıldı
Goranboyda ailə faciəsi: Oğlu qətlə yetirən ata saxlanıldı
Tiktoker 8 sutkalıq həbs olundu: Sosial media paylaşımları başına bəla oldu
Sabunçuda dəhşətli ailə faciəsi: Şəxsiyyət vəsiqəsi üstündə ölümcül mübahisə
Şəmkirdə ailədaxili faciə: Arvadını qətlə yetirən şəxsə 15 il həbs cəzası
İcra başçısının arpa iddiası: Məhkəmə kəndlilərin tərəfində oldu