Bakıda kriminal avtoriteti öldürən şəxsin məhkəməsi başlayır
Bakıda iki nəfəri güllələməkdə təqsirləndirilən Zaur İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, Z. İsmayılovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinbə göndərilib.
Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə 2018-ci il dekabrın 27-də paytaxtın Nizami rayonu ərazisində baş verib.
Bakı şəhər sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirib.
T.Babayev hadisə yerində aldığı yara nəticəsində həyatını itirib.
Onu da qeyd edək ki, cinayətin kriminal hesablaşma olduğu, ölən şəxsin isə avtoritet olduğu bildirilib.
Ona Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ata oğlunu öldürdü
9 ildir axtarılan Xəyalə öldürülübmüş - Qalıqları tapıldı - Foto
Abşeronda DƏHŞƏT: Yeniyetmə oğlan anasını öldürdü
Azərbaycanda müəmmalı hadisə: 41 yaşlı kişi dəhşət saçdı
