Bakıda kişi məktəbin həyətində şagirdlərə qarşı əxlaqsızlıq təklif və hərəkət edib - FOTO
Bakıda məktəblərin həyətində şagirdlərə qarşı əxlaqsız hərəkət və təkliflər edən şəxs tutulub.
“Report”un məlumatına görə, hadisə 211 nömrəli tam orta məktəbin ərazisində qeydə alınıb.
Belə ki, sentyabrın 25-i saat 08:00 radələrində “Məktəblinin dostu” layihəsinin fəaliyyət göstərdiyi 211 nömrəli tam orta məktəbin şagirdləri onlara qarşı əxlaqsız hərəkət və təkliflər edən orta yaşlı kişi barəsində “məktəblinin dostları”na xəbər veriblər.
Həmin şəxsin video görüntüləri məktəbin təhlükəsizlik kameralarında da qeydə alınıb. Daha sonra eyni şəxs saat 9:30 radələrində 9 nömrəli tam orta məktəbin həyətində görünüb.
“Məktəblinin dostu” layihəsinin əməkdaşları dərhal məktəb ərazisində olan şəxs barəsində polisə məlumat verilib. Əraziyə gələn polis əməkdaşları sözügedən şəxsi saxlayaraq polis bölməsinə aparıblar. Eyni zamanda, məktəblinin dostları foto və video görüntüləri polis əməkdaşlarına təqdim ediblər.
Qeyd olunan ərazidə narahatlıq yaradan şəxsin müəyyən edilməsinə görə valideynlər və şagirdlər “məktəblinin dostları”na təşəkkürlərini bildiriblər.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində araşdırma aparılır.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
16 yaşlı qıza "Mall"da təcavüz edib, videoya çəkdilər
Bakının mərkəzində qadınların əlbəyaxa davası (VİDEO)
Azərbaycanda əcaib hadisə - Gəlin azyaşlı baldızını götürərək evdən qaçdı
Bakıda vəzifəli şəxs vəfat etdi
Qubada yaşayış evini ilanlar basıb - Video
Ərini döyə-döyə öldürən qadın məhkəmə qarşısında
Bakının mərkəzində üç avtomobil toqquşdu