17.09.2026 - 08:49
Ölkə 20 baxış

Bakıda kirayə qiymətləri daha da bahalaşacaq

Bakıda kirayə mənzil tutmaq ailə büdcəsinin ən böyük xərclərindən birinə çevrilib. Xüsusilə dörd nəfərlik ailələr üçün kirayə haqqı ilə yanaşı, ərzaq, kommunal ödənişlər, nəqliyyat və digər gündəlik xərclər də əlavə olunur.

Minval.info xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli Bakıda kirayə qiymətlərinin yaxın dövrdə ucuzlaşmasının real görünmədiyini bildirib. Onun sözlərinə görə, Bakıda kirayə haqları daha da bahalaşacaq. Bu, demək olar ki, qaçılmazdır. Çünki ölkədə iş imkanlarının daha çox olduğu, infrastrukturun, təhsil müəssisələrinin, dövlət idarələrinin və biznesin daha çox inkişaf etdiyi əsas şəhər Bakıdadır.

Ekspert qeyd edir ki, 2026-cı ildə dörd nəfərlik ailə üçün yaşayış minimumu 1200 manatdır, lakin bu məbləğə kirayə xərci daxil deyil. Hökumətin hesablamalarına görə, 2026-cı ildə bir nəfər üçün yaşayış minimumu 300 manat təşkil edir və gələn il bunun artırılaraq təxminən 315 manat səviyyəsinə çatdırılması gözlənilir. Dörd nəfərlik ailə üçün isə bu məbləğ 1200 manatdır.

Xalid Kərimli əlavə edir ki, yeni tikililərin azlığı və torpaq sahələrinin bahalaşması qiymətləri artırır. Bakıda mənzil və kirayə qiymətlərinin artması davam edə bilər, çünki yeni binaların tikintisi tələbatı tam qarşılamır. Tikinti standartlarının daha ciddi tətbiqi və tikinti materiallarının bahalaşması da mənzil qiymətlərinə təsir edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: