Bakıda izdihamlı Qədr gecəsi - Fotolar
Dünən Ramazan ayının ehtimal olunan ilk Qədr gecəsi qeyd edilib.
Minval.info xəbər verir ki, bununla əlaqədar müsəlmanlar bir çox ibadət evlərinə üz tutublar.
Bakının Günəşli qəsəbəsində yerləşən “Fatimeyi Zahra” məscidində də Qədr gecəsi ilə bağlı dini mərasim keçirilib. İbadət evinə yüzlərlə insan gəlib və əhya saxlayıblar.
Məsciddə gecənin xüsusi əməlləri yerinə yetirilib, dini söhbətlər olub, namaz qılınıb.
İmsak zamanı isə məscid tərəfindən oruc tutanlara xidmət göstərilib.
Qeyd edək ki, Ramazan ayının ikinci ehtimal olunan Qədr gecəsi iyunun 5-dən 6-na, üçüncüsü 7-dən 8-nə keçən gecən qeyd olunacaq.
Məlumat üçün bildirək ki, Qədr gecəsi Allahın kitabı müqəddəs “Quran”ın nazil olduğu gecədir.
“Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yediyimiz dönərlər... - Leş yığanlar əti 50 qəpiyə alırlar
Bakının Bakıxanov qəsəbəsinin küçələrindən biri təmir edilir
"Həmin məmurlar yeriyəndə ayağı olmayan qaziləri düşünsünlər" - Deputat
Aytən Səfərova Elza Seyidcahanı belə yamsıladı - FOTOLAR














