Bakıda itkin düşən qadının dəhşətli aqibəti: Oğul qətli etiraf etdi
Bakıda bir il əvvəl itkin düşmüş bir qadının qətlə yetirildiyi ortaya çıxıb və bu cinayətdə onun oğlu şübhəli bilinərək saxlanılıb.
Minval.info xəbər verir ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən aparılan birgə istintaq nəticəsində 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürüldüyü müəyyən edilib.
İlkin istintaq zamanı əldə olunan sübutlar 1994-cü il təvəllüdlü Məmmədov Elnur Həsən oğlunun 2025-ci ilin iyul ayında anası ilə mübahisə etdikdən sonra ona fiziki zor tətbiq edərək ölümünə səbəb olduğunu göstərir. Daha sonra isə meyiti yaşadıqları evin həyətində basdırdığı müəyyən edilib.
ƏLAQƏLİ
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
Hadisə yerində aparılan qazıntı işləri zamanı Səhiyyə Nazirliyinin ekspertləri tərəfindən qadının skeleti aşkar edilib. Bu faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb və Elnur Məmmədova ittiham irəli sürülüb.
Hazırda cinayət işinin hərtərəfli araşdırılması üçün istintaq tədbirləri davam etdirilir. Baş Prokurorluq itkin düşmüş şəxslərlə bağlı işlərin araşdırılmasına xüsusi diqqət yetirir və aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir