Bakıda istifadəyə yararsız 1 tona yaxın quş əti aşkarlanıb
Bakıda istifadəyə yararsız 1 tona yaxın quş əti aşkar edilib.
Bu barədə “Minval.info”ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
Növbəti belə tədbir sentyabrın 11-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Suraxanı rayonu ərazisində keçirilib.
Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Mürsəlova məxsus quş kəsimi sahəsinə baxış zamanı sanitariya tələblərinə cavab verməyən, natəmiz vəziyyətdə saxlanılan və qida üçün yararsız, çəkisi 996 kiloqram toyuq əti aşkar edilib.
Götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
Araşdırmalar aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazirlərin ilk iş yeri – Fəhlə, tərcüməçi, tornaçı, biznesmen...
Sürət həddi endirildi: bütün zolaqlarda 20 km/saat
Sumqayıtda DƏHŞƏTLİ ailə faciəsi: 6 nəfər boğularaq öldü
Bakıda daha bir sıra tikililər SÖKÜLDÜ
Baş Prokurorluqda yeni təyinat
Yüksək vəzifəli qadın məmur işdən çıxarıldı
Ziya Məmmədovun oğlu Anar Bakıda - Foto, Video