Bakıda icra hakimiyyətinin "qanunidir" dediyi tikinti dayandırıldı - Sakinlər aksiya keçirmişdi - VİDEO
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakı şəhərinin 4-cü mikrorayon sakinləri tərəfindən yaşadıqları binanın həyətində 16 mərtəbəli binanın qeyri-qanuni tikintisinin başlanması ilə bağlı müraciət daxil olub.
Komitədən minval.info-ya verilən məlumata görə, qurumun mütəxəssisləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Hüseyn Seyidzadə küçəsində yerləşən 2, 3A, 4 və 5A nömrəli 5 mərtəbəli yaşayış binalarının əhatə etdiyi ərazidə “Komfort Plaza” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 16 mərtəbəli yaşayış binasının tikintisinə hazırlıq işlərinə başlanılıb.
MMC-nin əməkdaşlarının komitənin mütəxəssislərinə təqdim etdiyi ərazi planlaşdırma sənədlərinin şəhərsalma qanunvericiliyinə zidd tərtib olunduğu müəyyənləşdirilib.
Azərbaycan Respublikası prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçrilməsi Qaydaları”nın 5.1.2-ci bəndini rəhbər tutaraq, Komitə tərəfindən Nəsimi rayonu, 3231-ci məhəllə, Hüseyn Seyidzadə küçəsində yerləşən 2 nömrəli binanın qarşısında çoxmənzilli yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə icrası məcburi olan “Göstəriş” göndərilib.
Ünvanda tikinti məqsədləri üçün aparılan hazırlıq işlərinin dayandırılmasını təmin etmək məqsədilə məsələ ilə bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə də göndərilib.
Qeyd edək ki, bəhs olunan tikintiyə ətrafda yaşayan onlarla sakin etiraz etmişdi. Onların bu etirazı geniş səs-küy yaratmışdı.
https://www.youtube.com/watch?v=QH0k9GPL-k0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azerbaijan Open 2026: Bakıda qolf həyəcanı!
Bayramov və Mirzoyan yenidən görüşə hazırlaşır
Ermənistan sülh danışıqları fonunda hərbi büdcəni artırır
Bakıda qolları olmayan körpə: Ana imtina etdi
Bakıda avtobus parkı 2500-ə çatır!
Biləcəridə çörək zavodunda ciddi nöqsanlar aşkarlandı
Zubir "Qarabağ"a geri dönür?