26.07.2019 - 09:25
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri
Kriminal 2 baxış

Bakıda içki məclisində 4 nəfər bir-birini bıçaqlayıb

Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləriBakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Sarayeva küçəsi 18 ünvanında baş verib.

Belə ki, 4 nəfər arasında içki məclisində mübahisə yaranıb. 1976-cı il təvəllüdlü Fərhadov Babək Feyruz oğlu, 1964-cü il təvəllüdlü Həsənov Tural Əziz oğlu, 1973-cü il təvəllüdlü Nurməmmədov Vüqar Seyfəddin oğlu və Məmmədov Vüqar Ziyəddin oğlu bıçaq xəsarəti alıb. Məlum olub ki, əvvəlcə Tural Həsənov yeyib-içdikdən sonra bıçaqla B.Fərhadov, V.Nurməmmədov və V.Məmmədovu bıçaqlayıb. Daha sonra yaralılardan biri Turalın əlindəki bıçağı alaraq ona xəsarət yetirib. Yaralıların hamısı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: