Bakıda film kimi hadisə: Maskalı şəxs gəncə 14 bıçaq vurdu
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Naxçıvani küçəsi, 15 ünvanında yerləşən ofisə qarət məqsədi ilə edilən basqın zamanı qeydə alınıb.
“Report” xəbər verir ki, maskalı şəxs ofisə daxil olaraq oradakı seyfdən pulları aparmaq istəyib. Bu zaman onun qarşısına 1989-cu il təvəllüdlü Namazov Tərxan Süleyman oğlu çıxıb və onun bu əməlinin qarşısını alarkən, naməlum şəxs ona ümumilikdə 14 bıçaq zərbəsi vurub. Naməlum şəxs hadisə yerindən qaçıb. Yaralı çoxlu qan itirib. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir