Bakıda film kimi cinayət - Ürəyindən bıçaqlanan sürücü ...
Bakının Nəsimi rayonunda bir nəfər avtomobilində naməlum şəraitdə bıçaqlanıb.
Minval.info “Report” agentliyinə istinadən xəbər verir ki, hadisə İbrahim Əbilov 81 ünvanında baş verib. Belə ki, 1981-ci il təvəllüdlü Hüseynov Rəşad Ədalət oğlu idarə etdiyi “Saipa” markalı avtomobili ilə yaşadığı “Kubinka” kimi tanınan əraziyə gəlib.
O, yaralı halda qonşularının köməkliyi ilə 1 saylı Kliniki Tibbi mərkəzə yerləşdirilib.
Məlum olub ki, R.Hüseynovun ürək nahiyəsinə iti alətlə xəsarət yetirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Hadisənin dəqiq harda, kim yaxud kimlər tərəfindən törədildiyi araşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir