Bakıda elektroşokla quldurluq - Axşamlar ehtiyatlı olun!
Bakı sakini 3 nəfər tərəfindən quldurluğa məruz qalıb.
Aprelin 5-də Binəqədidə İ.Həsənova axşam saatlarında S.S.Axundov küçəsində tanımadığı şəxslər bıçaq və elektroşokla ona hədə-qorxu gəlib. Onların zərərçəkənin mobil telefonunu aldıqları, geri qaytarılması müqabilində 100 manat pul tələb etdikləri bildirilib. Lakin İ.Həsənov pulu verə bilmədiyindən cinayətkarlar telefonu götürərək aradan çıxıb.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıblar.
Araşdırmalarla onların Lənkaran şəhər sakini Layiq Fərəcli, Şirvan şəhər sakinləri Oqtay Mursalıyev və əvvəllər məhkum olunmuş Şəhriyar Nərimanov olduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir