Bakıda DYP maşını ilə taksi toqquşdu - Polis yaralandı (Video)
Bu gecə səhərə yaxın, saat 4 radələrində Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Minval.info-nun BakuPost-a istinadən verdiyi məlumata görə, Füzuli küçəsi 53 ünvanında (Heydər Əliyev adına Respublika Sarayının yanı) 99 YP 361 dövlət nömrə nişanlı Dövlət Yol Polisi maşını ilə taksi kimi istifadə olunan “Opel Zafira” markalı avtomobil toqquşub. Nəticədə “Opel” maşını alovlanıb, DYP avtomobili isə Qış Parkına girib.
Qəza zamanı polis əməkdaşı ağır xəsarət alıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu deyilir.
“Opel Zafira” maşınının sürücüsünə gəlincə, o, yüngül xəsarətlə qurtulub. Hər iki avtomobil yararsız hala düşüb.
Əraziyə xeyli sayda YPX əməkdaşı, Post Patrul Xidməti və Təcili Tibbi Yardım maşını gəlib.
https://youtu.be/B2gwHM4KxTM
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türk dövlətləri üçün vahid himn təklifi irəli sürüldü
Azərbaycan ordusunda isveç stolu və tətil müzakirəsi
Vurğunun dərslikdən çıxarılması müzakirələrə səbəb oldu
Elektrik xaricə ucuz, daxildə bahadır!
Bakıda avtobus və metro istifadəçiləri rekord qırdı
Qatar reysləri artırılır: Yeni cədvəl açıqlandı
Zabitlərə müjdə: Hərbi rütbə müddəti azalır