Tələbələrə xüsusi endirim: Bakıkartda 10% bonus!
Tələbələr üçün sevindirici xəbər var: ‘Bakıkart’ üzrə gediş haqqını ‘Tələbəplus’ kartı ilə ödəyənlər 10% bonus əldə edəcəklər. Bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb.
Minval.info xəbər verir ki, bu bonus həm fiziki ‘Tələbəplus’ kartı, həm də QR-ödənişləri zamanı keçərlidir. İlin sonunadək tələbələr ‘Bakıkart’ üzrə nəqliyyat ödənişlərinə xərclədikləri məbləğin 10%-ni bonus şəklində geri qazana biləcəklər.
Bilik Günü münasibətilə təqdim olunan bu yeni imkan tələbələrin gündəlik nəqliyyat xərclərinin müəyyən hissəsini geri qazanmasına şərait yaratmaqla yanaşı, ‘Tələbəplus’ kartının gündəlik istifadəsi üzrə üstünlükləri də genişləndirir.
Bundan əlavə, təhsil işçiləri üçün ‘Təhsilplus’ kartı ilə ictimai nəqliyyatdan istifadə zamanı da güzəştlər təqdim olunur. ‘Təhsilplus’ istifadəçiləri ‘Siti kart’ və ‘Bakıkart’ üzrə QR-ödənişlərində 10% endirimdən yararlana bilirlər.
‘Tələbəplus’ kartı Təhsilin İnkişafı Fondu, ‘Kapital Bank’ və ‘Visa’ tərəfindən tələbələr üçün həyata keçirilən birgə layihədir. Kart tələbələrə nəqliyyatdan istifadə ilə yanaşı, müxtəlif xidmət və məhsullardan yararlanarkən bonus və endirim imkanları təqdim edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəhlul Mustafazadə əməliyyatdan sonra nə vaxt qayıdacaq?
Dolların məzənnəsi 2027-də dəyişməz qalacaq!
Azərbaycan müdafiə xərcləri 2027-də artırılır
Bakıda kirayə qiymətləri daha da bahalaşacaq
Bloqerlər Qarabağın turizm potensialını artırır
Naxçıvanda 26 yaşlı gənc dekan müavini oldu
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşdü