Zabitlərə müjdə: Hərbi rütbə müddəti azalır
Ali təhsil müəssisələrinin magistratura, rezidentura və doktorantura pillələrini bitirən zabitlərin hərbi rütbədə olma müddəti bir il azaldılacaq. Bu dəyişiklik Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirə edilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Minval.info xəbər verir ki, layihəyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər dövlət orqanlarının sifarişi ilə ali təhsil müəssisələrinin magistratura (rezidentura) səviyyəsini müvəffəqiyyətlə bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddəti, ali təhsilin hər bir səviyyəsi üzrə bir dəfə olmaqla, bir il azaldılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azad edilmiş ərazilərdə torpaq paylanması: hər ailəyə neçə hektar veriləcək?
ADSEA daşqın və sel sularından mühafizə işlərini davam etdirir
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi
Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq
Bakıda metro və avtobuslarda yeni tarif tətbiqi gözlənilir
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib