Türk dövlətləri üçün vahid himn təklifi irəli sürüldü
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Türk Dövlətləri Təşkilatının (TDT) öz himninin yaradılması təklifini irəli sürüb. O, bu fikrini sosial şəbəkə hesabında paylaşaraq, TDT-nin tədbirlərində ev sahibi ölkənin himni ilə yanaşı, təşkilatın öz himninin də səsləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Minval.info xəbər verir ki, Rəşad Məcid, Türk dünyasından şair və bəstəkarların iştirakı ilə müsabiqə keçirilməsini təklif edib. O, belə bir himnin yaradılmasının Türk Dövlətləri Təşkilatının tədbirlərində xüsusi bir atmosfer yaradacağını və bu himnin bütün Türk dünyası tərəfindən sevilərək oxunacağını bildirib.
Rəşad Məcidin sözlərinə görə, bu təşəbbüs Türk dünyasının yaradıcı insanları arasında xoş rəqabətə səbəb ola bilər və nəticədə möhtəşəm musiqi və təsirli sözlərdən ibarət bir himn ortaya çıxa bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
KOBİA sahibkarlara 20 mindən çox lisenziya verdi
DİN-ə tibbi xidmət vəzifəsi tapşırıldı
Xocavənddə yeni tarixi abidə tapıldı
Azərbaycanda ət qiymətləri artacaq? – Ekspert rəyi
Hərbi xidmət keçmədən "yararlı" bilet necə alınır?
Bakı yollarında Formula 1 məhdudiyyətləri başlayır
Azərbaycanın ilk sərhədçi generalı Allahverdiyev vəfat etdi