17.09.2026 - 09:59
Kriminal 15 baxış

Cavid Qurbanovun qohumuna şərti cəza verildi

Cavid Qurbanovun əmisi oğlu Nahid Şəmşirov dələduzluğa cəhd ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Nahid Şəmşirova hökm oxunub.

Minval.info xəbər verir ki, Nahid Şəmşirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq cəza 2 il sınaq müddəti ilə şərti hesab edilib.

Dövlət ittihamçısı əvvəlki iclasda Nahid Şəmşirovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. Nahid Şəmşirov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinib.

Nahid Şəmşirov keçmiş deputat və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri, hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanovun əmisi oğludur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: