Türkiyə şirkəti sanksiya siyahısından çıxarıldı
ABŞ Maliyyə Nazirliyi, Rusiya ilə əlaqədar tətbiq olunan sanksiya siyahısından bir fiziki və bir hüquqi şəxsin çıxarıldığını açıqlayıb. Bu qərar çərçivəsində Türkiyənin “Modulsan Makina Kesici Takim ve Disli Sanayi Ticaret Limited Şirketi” və İsveçrə vətəndaşı Hans Peter Bomatter La Zubiya sanksiyalardan azad edilib.
Minval.info xəbər verir ki, bu qərarın səbəbləri ilə bağlı əlavə məlumat verilməyib. Eyni zamanda, ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Səsvermədə 214 konqresmen lehinə, 211 demokrat isə əleyhinə səs verib.
Qeyd olunur ki, Nümayəndələr Palatasındakı demokrat rəhbərlər sanksiya layihəsinə qarşı çıxsa da, bəzi fraksiya üzvləri bu mövqeyə qarşı çıxaraq lehinə səs veriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vaşinqtonda "qara piar" müharibəsi: Tramp və Mask hədəfdə
İsraildə siyasi düyün hələ də çözülmür
Keniyada dini lider 191 nəfərin ölümünə görə ömürlük həbs cəzası aldı
Moldova ruslara viza tətbiq edəcək: Moskvanın cavabı necə olacaq?
MiniBoss Baku yeni filialı üçün qəbul prosesinə start verdi