Mingəçevirdə xəstəxanada kart oğurluğuna hökm oxundu
Mingəçevir şəhərində xəstəxanada müalicə olunan bir şəxsin bank kartını oğurlayaraq müxtəlif mağazalarda alış-veriş edən şəxsə məhkəmə tərəfindən hökm oxunub.
Minval.info xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin Nevrologiya bölməsində müalicə alan zərərçəkmiş şəxsin bank kartı onun xəbəri olmadan götürülüb və bu kart vasitəsilə müxtəlif marketlərdə alış-veriş edilib. Alış-verişlərin məbləği 1.7 manatdan 65.8 manatadək dəyişib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bilib və zərərçəkmiş şəxsi əvvəllər tanımadığını bildirib. O, 2025-ci ilin sentyabr ayında Mingəçevir şəhərində bir oturacaqda plastik kart tapdığını və sahibini tapa bilmədiyini qeyd edib. Daha sonra həmin kartdan istifadə edərək alış-veriş etdiyini etiraf edib.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilib və ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Həbsdə saxlanıldığı müddət nəzərə alınaraq, cəza müddəti 2 il 11 ay 24 gün olaraq müəyyən edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş
Moskvada erməni iş adamının ailəsini qətlə yetirən şəxs ömürlük həbs olundu
Etibar Pirverdiyevin maaşı ilə bağlı yeni iddialar ortaya çıxdı
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açıldı