17.09.2026 - 10:34
Ölkə 21 baxış

Qatar reysləri artırılır: Yeni cədvəl açıqlandı

Sərnişin tələbatının artması ilə əlaqədar olaraq, şəhərətrafı qatar reyslərinin sayı artırılır. Bu dəyişikliklər 17 sentyabrdan etibarən qüvvəyə minəcək.

Minval.info xəbər verir ki, Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən yayılan məlumata əsasən, yenilənmiş hərəkət cədvəlinə uyğun olaraq, həftəiçi gündəlik reyslərin sayı 96-dan 100-ə yüksəldiləcək.

Bu çərçivədə, Sumqayıt–Pirşağı–Bakı xətti üzrə saat 05:55 və 11:50-də yeni reyslər əlavə ediləcək. Bakı–Pirşağı–Sumqayıt istiqamətində isə saat 06:46 və 10:45-də əlavə reyslər təşkil olunacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: