Bakıda dilənçiliyə məcbur edilən azyaşlı bacı-qardaş tapıldı - FOTO

Bakıda küçədə dilənməyə məcbur edilən 2 azyaşlı uşaq tapılıb.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Publika.az-a bildirib ki, Yasamal rayonu ərazisində polis tərəfindən saxlanılan uşaqlar birliyin sığınacağına yerləşdirilib.
K.Ağazadə bildirib ki, azyaşlılardan oğlanın 4, qızın 5 yaşı var.
“Uşaqların ikisi də pis vəziyyətdə idi. Hazırda onlar müayinə edilir. Oğlanın ayaqlarında yanıq izləri var. Oğlanın əlində pul var idi, hər ikisi fiziki zorakılığa məruz qalıb, dilənçiliyə məcbur edilib. Uşaqların yaşı azdır, özləri barədə dolğun məlumat verə bilmirlər. Hələ adlarını belə öyrənə bilməmişik.
Mənim ehtimalıma görə onlar roman tayfalarından olan ailələrin övladlarıdır. Uşaqlar bir müddət sığınacaqda qalacaq, onlara psixoloji, tibbi yardım göstəriləcək. Daha sonra valideynləri tapılmazsa, dövlət müəssisəsinə yerləşdiriləcək”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cüdo millisinin dünya çempionatı heyəti açıqlandı
Qapısı bağlanmayan qatar: Hindistan səhnəsi Bakıda!
Müəllimlər üçün vergi azadlığı təklifi gündəmdə
Azərbaycanda hər doğuşa bir abort düşür!
Boşanmadan aliment: Valideynlər üçün yeni imkan!
Neftçi tarix yazır: 1000-ci oyun həyəcanı!
Ayxan Abbasovdan milli komanda üçün yeni heyət