Bakıda daha iki marşrut xətti birləşdirilib
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, 168 və 186 nömrəli müntəzəm marşrut xətləri birləşdirilərək bir nömrə (186 nömrə) altında təşkil edilməsinə qərar verilib.
11.09.2019 tarixindən xətt üzrə sərnişindaşıma fəaliyyəti əsaslı təmir olunan nisbətən iritutumlu avtobuslarla həyata keçiriləcək.
Məlumatda qeyd olunub ki, xətlərin birləşdirilməsi ilə Albalılıq yaşayış massivinin sakinlərinin Bakıxanov qəsəbəsi, Neftçilər m/st. və 8-ci km bazarı istiqamətinə gediş – gəliş rahatlaşacaq, marşrut sayının optimallaşdırılması ilə Zabrat yolu və digər ərazilərdə yaranan nəqliyyat sıxlığı azalacaq, 168 və 186 nömrəli marşrutların bir-birini 24.5 km təkrarlaması aradan qaldırılacaq, marşrutun fəaliyyətində idarəetmə asanlaşacaq, kiçiktutumlu avtobusların nisbətən iri tutumlu avtobuslarla əvəzlənmiş olacaq.
Qeyd edək ki, 168 və 186 nömrəli müntəzəm marşrut xətləri üzrə hazırda istismarda olan avtobusların texniki vəziyyəti, kiçiktutumlu olması eləcə də, digər çatışmazlıqlar barədə vətəndaşlardan “Alo141” Çağrı Mərkəzinə mütəmadi olaraq müraciətlər daxil olmaqdadır. Hər iki marşrut xətti üzrə hərəkət sxemlərinin üst-üstə düşməsi də öz növbəsində əlavə problemlərə yaradır.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qaz təchizatının dayanma səbəbləri: təmir yerindən reportaj
Dövlət qurumundan qarpız alanlara xəbərdarlıq
DYP bu şəxslərə XƏBƏRDARLIQ ETDİ-1200 manat CƏRİMƏ
Maşındakı kondisionerdən SAĞLAMLIĞI qoruyan düzgün istifadə QAYDALARI
Bu yolda hərəkət məhdudlaşdırılır - Diqqət!
Madər Musayev: “Deputat maaşım dolanışığıma kifayət edir” - MÜSAHİBƏ