Bakıda daha bir dəhşət: Pornoqrafiya həvəskarı qızını zorladı
Zorlanmanın qurbanı olan 20 yaşlı qız polisə əvvəllər məhkum olmuş atalığından şikayət edib.
Bakıda əvvəllər məhkum olunmuş şəxs öz qızlığını zorlamaqda günahlandırılır.
Minval.info xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, Binəqədi prokurorluğu növbəti zorlama faktını araşdırır. Rayon Polis İdarəsinin 6-cı bölməsinə Biləcəri qəsəbə sakini, 1998-ci il təvəllüdlü V.F. müraciət edib. Qız bildirib ki, 8 fevral saat 20:00 radələrində 1978-ci il təvəllüdlü atalığı S.R. tərəfindən birlikdə yaşadıqları evdə zorlanıb. İşin materialları rayon prokurorluğuna göndərilib. Faktla bağlı hələlik heç kim saxlanılmayıb.
Qeyd edək ki, kişi əvvəllər AR Cinayət Məcəlləsinin 242-ci maddəsi (pornoqrafik materialların qanunsuz yayımı) ilə həbs olunub və 2 il bundan əvvəl həbsdən çıxıb.
2018-ci ilin başlanmasından bu yana daxili işlər orqanları Bakıda 7 zorlama faktını qeydə alıb. Onlardan 6-sının üstü açılıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazir müavininin qohumuna dələduzluq ittihamı ilə hökm
Hafiz Həsənova 8 il həbs cəzası verildi
Bakıda sabah nəqliyyat xaosu: Hazırlıqlı olun!
Azərbaycanda 3600 illik döyüşçü məzarı tapıldı
Mersin limanında 350 kq kokain ələ keçirildi
Sosial şəbəkədə porno video yayanlar saxlanıldı
Bakının Xətai rayonunda yollar bağlandı!