Bakıda "dələduz polislər" peyda olub? - RƏSMİ CAVAB

Sosial şəbəkədə özünü polis əməkdaşı kimi təqdim edib dələduzluq edən şəxslərlə bağlı məlumatlar yayılıb.
Minval.info xəbər verir ki, bu barədə zərərçəkmişlər sosial şəbəkələrdə paylaşım edib.
Zərərçəkən Rəşad Quliyev bildirib ki, özünü Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşı kimi təqdim edən Cavid Tağızadə ilə telefon barter edib. Barter zamanı polis ona 500 manat verməli imiş. Lakin 400 manatını verib, 100-nü sonra gətirəcəyini vəd edib. Amma şikayətçinin sözlərinə görə, 1 həftə sonra pulunu istəyərkən C.Tağızadə şəhərdə olmadığını bildirib. R.Quliyev son bir həftə ərzində isə ümumiyyətlə həmin adama zəng çatmadığını qeyd edib.
Digər bir dələduzluq iddiasına görə isə Rzazadə Cahan Zaur qızı “Getcontact” proqramında adını Xətai rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edərək insanların pullarını alıb. Belə ki, o, özünü həmin idarənin əməkdaşı kimi təqdim edərək, insanların güvənini qazanıb və iş düzəltmək adı ilə onların pullarını alaraq yoxa çıxıb.
Faktlarla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Minval.info-ya bildirilib ki, hər bir fakt üzrə araşdırma aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Cərimələnə bilərsiniz
Ailə başçısını itirməyə görə pensiya və müavinət alanlarla bağlı AÇIQLAMA
Azərbaycanda dini icmalara avtomobillər verilib
Azərbaycanda əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR: İki rəqəmli ARTIM OLACAQ
Bakıda daha bir küçə təmir olunub
Boşanmaların sayı 2 dəfə artıb - RƏSMİ
""Uşaq pulu" məsələsində optimal bir qərara gəlmək mümkündür" - Zahid Oruc