Bakıda çökmüş yolu bərpa etdilər
Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazdiə aparılan təmir işləri yekunlaşıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
A.Nəcəfli qeyd edib ki, yol gecədən etibarən vətəndaşların istifadəsinə verilib.
Qeyd edək ki, iyulun 15-də sözügedən ərazidə yol çökmüşdü. Qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. İlkin araşdırma zamanı məlum olub ki, bu, əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir. Şərti adı “B-04” olan metro stansiyasınının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. “Bakı Metropoiteni” QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb. Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməmiş, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavanı sındığından yolda çökmə baş verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kəlbəcər və Qubadlıya hərbi prokurorlar təyin olunub
Sabirabad sakini yıxılıb öldü
Sabahın hava proqnozu
Azərbaycanda benzin bahalaşdı - “Aİ-95”in yeni qiyməti
Rusiyada internet çöksə, Azərbaycanı nə gözləyir? - Osman Gündüzün şərhi
Qohum dəfninə icazə alaraq başqa məqsəd üçün evdən çıxanlar var
İcazəsi olanlar da cərimələnə bilər - DİN-dən açıqlama
