05.06.2019 - 14:29
Kriminal 3 baxış

Bakıda cinayət – Qadını aldadıb 280 min manat aldı

“Aqrolizinq” ASC ile ilgili görsel sonucuBakıda dələduzluq etmiş şəxsin barəsindəki cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, bir neçə nəfəri aldadaraq onlardan külli miqdarda pul alan Həsənov Bəhlul Hüseyn oğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 3 nəfərin zərərçəkən kimi tanındığı işə hakim Mirzə Xankişiyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edən zərərçəkmiş 1967-ci il təvəllüdlü Məlahət Qurbanova bildirib ki, 2015-ci ilin may ayında 1966-ci il təvəllüdlü Bəhlul Həsənov onu aldadaraq 280 000 manat pulunu alıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: