Bakıda bu məktəbləri söküb yenidən tikiləcəklər - FOTO
Paytaxt məktəblərində yeni dərs ilinə hazırlıq işləri aparılır.
Bakı Şəhər üzrə Təhsil İdarəsindən verilən məlumata görə, hazırda 39, 113, 129 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri aparılır, 101 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi həyata keçirilir.
Həmçinin, 300 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir. 208 nömrəli tam orta məktəbin isə bütövlükdə binasının sökülərək yenidən tikintisi həyata keçirilir.
Bundan əlavə, ehtiyac olan ərazidə daha bir yeni məktəb (161 nömrəli tam orta məktəb) binasının tikintisi başa çatdırılıb.
154 və 205 nömrəli məktəblərin sökülərək yenidən tikintisi, 90, 97 və 155 nömrəli tam orta məktəblərin isə köhnə korpuslarının sökülərək yenidən tikintisi nəzərdə tutulur, 251 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi planlaşdırılır.
Hazırda həyata keçirilən bütün təmir və tikinti işlərinin yeni tədris ili başlayana qədər başa çatdırılması nəzərdə tutulur.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Özəl bağçaların yeni maliyyələşmə siyahısı açıqlandı
Lalə Azərtaşın qızı Britaniyada təhsil alacaq
Məktəbli kitabçaları: Vahid standart niyə yoxdur?
Şagirdlərin yerdəyişməsi üçün son müraciət tarixi açıqlanıb
Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlandı
33 min şagirdin yerdəyişməsi təsdiqləndi!
Magistraturada 949 yer niyə boş qaldı?