Bakıda bəzi yollar iki gün bağlı olacaq
Bakı şəhərində aparılan təmir işləri səbəbindən müəyyən küçə və yollarda nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq.
Minval.info xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, Xarici Dairəvi avtomobil yolunun yan yolu, Şamaxı istiqamətində, Fərman Salmanov küçəsindən Əsəd Əhmədov küçəsinə qədər olan hissə 1 avqust saat 06:00-dan 3 avqust saat 06:00-dək tam bağlanacaq.
Şeyx Şamil küçəsi və Lermontov küçəsi də 1 avqustdan 3 avqusta qədər tam bağlanacaq. Mikayıl Müşfiq küçəsində isə 31 iyul saat 20:00-dan 3 avqust saat 06:00-dək hərəkət qismən məhdudlaşdırılacaq. Şıxəli Qurbanov küçəsi isə tam bağlanacaq.
Sürücülərə bu müddət ərzində hərəkətlərini əvvəlcədən planlaşdırmaları, alternativ yollardan istifadə etmələri və təmir işləri aparılan ərazilərdə quraşdırılmış müvəqqəti yol nişanlarına riayət etmələri tövsiyə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi