Bakıda "ayıq sürücü" yoxa çıxdı - FOTO
Bakıda “ayıq sürücü” işləyən 26 yaşlı gənc itkin düşüb.
Minval.info report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Fərəc Fədai oğlu Sərvanuş bir müddət əvvəl işləmək üçün Bakı şəhərinə gəlib.
F.Sərvanuşun anası Məhbubə Tahirova “Report”un yerli bürosuna bildirib ki, oğlu ilə sonuncu dəfə 15 gün əvvəl danışıb: “Fərəc Bakı şəhərində, 28 may ərazisində “ayıq sürücü” kimi çalışıb. Sonuncu dəfə ötən ayın sonunda danışmışam. Daha sonra günlərlə zəng etdim telefonuna zəng çatmadı. Heç bir əlaqə yoxdur. Daxili İşlər Nazirliyinin 102 xidmətinə də məlumat vermişəm. Atası ilə boşanmışam və o, Qəbələ rayonunda yaşayır, ondan da maraqlanmışıq onun da yanında deyil. Xahiş edirəm onu görənlər mənə, polisə xəbər versin”.
Fərəc Sərvanuşu görənlərdən və yerini bilənlərdən (055) 893-12-40 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlı taksi sürücüsünü öldürüb maşınını qaçırdılar
İrandan qayıdan azərbaycanlının halı pisləşdi - Karantinə alındı
“VAZ” yolayrıcına girdi - Fotolar
Qanunsuz qum daşıyanlar 4000 manata yaxın CƏRİMƏLƏNDİ
Yasamalda avtomobil piyadanı vurub
Kürdəmirdə yol qəzasına uğrayan sürücünün bıçaqlandığı məlum olub