Bakıda avtobus biabırçılığı davam edir - VİDEO

Bakıda sərnişinlər avtobusun qapısından bayırda sallanaraq gedir. Özü də bir ayaq üstündə.
Minval.İnfo xəbər verir ki, görüntü səhər saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində şahidlərdən biri tərəfindən çəkilib. Sözügedən qəsəbədən ”Koroğlu” metrostansiyası yaxınlığındakı mübadilə mərkəzinə gələn 172 saylı avtobusun sürücüsü kobud qayda pozuntusuna yol verib.
ƏLAQƏLİ
Azərbaycan şagirdlərinin riyazi savadlılıq problemi: PİSA nəticələri açıqlandı
Sürücü həddindən artıq sərnişin mindirdiyindən avtobusun qapısı bağlanmayıb. Nəticədə sərnişinlər avtobusun qapısından sallaşaraq bir neçə kilometr belə gediblər. Həmin vaxt isə qapıdan sallaşanlardan biri avtobusun pilləkənlərində yer olmadığından yalnız bir ayaq üstündə durub. Bu isə vəziyyətin nə qədər təhlükəli olmasından xəbər verir.
Marşruta cavabdeh olan sahibkarın verdiyi məlumata görə, pik saatlarda bəzi sərnişinlər qayda-qanunlara tabe olmur və avtobusun qapısından sallanaraq getməkdə israr edirlər. Belə olduqda da görünən mənzərə yaşanır. O ki qaldı qayda pozan sürücüyə, o, cəzalandırılacaq.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sektor müdri Mais Ağayev bildirdi ki, belə faktlarla bağlı agentliyə məlumatlar daxil olur. Sərnişinlərin həyatını təhlükəyə atan sürücülərlə bağlı daşıyıcı şirkətlərə xəbərdarlıq edilir. Əgər belə fakt bir daha sözügedən xətdə yaşanarsa, bununla bağlı ciddi tədbir görüləcək.
Bu arada onu da qeyd edək ki, qapısı açıq formada hərəkət edən avtobus sürücləri yol polisi tərəfindən aşkar edildikdə, onlar 3 bal və 60 manat miqdarında cərimə edilirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan PISA-da riyazi savadlılıqda 49-cu yerdədir
Bərdədə içməli su təchizatında ciddi problemlər yaranıb
Azərbaycan İnvestisiya Holdinqində rəhbərlikdə dəyişiklik!
Azərbaycan PISA 2025-də bütün ölkə üzrə iştirak edir
Zığ yolunda sürət həddi əvvəlki vəziyyətindədir
Bakıda turistə "Lamborghini" sürprizi: Şirkətdən açıqlama