Bakıda leysan və şimşək təhlükəsi yaxınlaşır
Bu gündən etibarən ölkə ərazisində hava şəraiti kəskin dəyişikliklərə məruz qalıb. Havanın temperaturu nəzərəçarpacaq dərəcədə enib, güclü külək əsir və yağıntılı hava şəraiti proqnozlaşdırılır.
Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, günün ikinci yarısından etibarən güclü şimal-qərb küləyi davam edir və bu küləkli hava şəraiti sentyabrın 8-i səhər saatlarından tədricən zəifləyəcək.
Axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Sentyabrın 7-si axşam və 8-i gecə yarımadanın bəzi yerlərində yağışın qısamüddətli, leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur. Sabah gündüz saatlarından etibarən yağıntı tədricən zəifləyəcək və havanın temperaturu 23-25 dərəcə arasında dəyişəcək.
Bölgələrdə də yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə yağışın leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Xidmət rəsmisi çaylarda yarana biləcək təhlükələrə də diqqət çəkib və bildirib ki, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
Sentyabrın 8-i gündüz saatlarından etibarən yağıntılar tədricən kəsiləcək. Havanın maksimal temperaturunun aran rayonlarında 28 dərəcəyədək, dağlıq ərazilərdə isə 19 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq
Bakıda metro və avtobuslarda yeni tarif tətbiqi gözlənilir
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb