Bakıda altı direktorun işinə xitam verilib – Açıqlama
Bakıda fəaliyyət göstərən altı məktəb direktoru işdən çıxarılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb, altı direktorun əmək müqaviləsinə xitam verilib.
İdarədən bildirilib ki, Bakı şəhəri 231 nömrəli tam orta məktəbdə direktor vəzifəsi vakantdır:
“Məktəbin fəaliyyətinin idarə edilməsi məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, çalışmanın yaş həddinə çatması ilə əlaqədar çalışma müddəti tədris ili çərçivəsində BŞTİ tərəfindən uzadılmış Əsədullayeva Nabatxanım Hafiz qızına həvalə olunub”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?