Bakıda 88 yaşlı kişi itkin düşdü -ailəsi iki aya yaxındır ki, ondan xəbər ala bilmir - VİDEO
Bakıda yaşlı kişi itkin düşüb. Hadisə Mərdəkan qəsəbəsində baş verib. Qəsəbə sakini Ağabala Şərifov ziyarətgaha getmək üçün evdən çıxıb və geri qayıtmayıb.
Paytaxtda ziyarətə gedən şəxs geri qayıtmayıb.
Hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. Qəsəbə sakini Ağabala Şərifovdan ailəsi iki aya yaxındır ki, ondan xəbər ala bilmir.
Ağabala Şərifovun qızı Zenfira Şərifova deyir ki, o Mərdəkanda yaşadığı bağ evindən ziyarətə getmək adı ilə çıxıb.
Zenfira Şərifovanın sözlərinə görə, atasının yaşı çox olsa da, fiziki cəhətdən sağlam olub.
İndi onun övladları və yaxınları Ağabala Şərifovun yolunu gözləyir. Onlar atalarından xəbər verən şəxsi mükafatlandıracaqlarını deyirlər.
Məsələ ilə bağlı Xəzər Rayon Polis idarəsinin 1-ci polis şöbəsindən itkin faktını təsdiqlədilər. Bildirildi ki, Ağabala Şərifovun tapılması üçün şöbənin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.
Xəzərxəbər.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var