Bakıda 75 yaşlı qadını döyən baxıcıya cinayət işi açılıb
Bakıda 75 yaşlı qadını döyən baxıcıya cinayət işi başlanılıb.
Bu barədə Minval.info-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Pirallahı rayonu, Pirallahı qəsəbəsində yaşayan 1946-cı il təvəllüdlü ağır xəstə olan Zenfira Musayevaya ona qulluq edən şəxs tərəfindən zorakılıq edilməsini əks etdirən videogörüntülər və məlumatlar yayılıb.
Qeyd edilib ki, Pirallahı Rayon Prokurorluğunda qeyd edilən faktla bağlı aparılan araşdırmalarla ağır xəstə olan Zenfira Musayevanın baxıcısı Sona Axundova tərəfindən mütəmadi olaraq döyülməklə və sair zorakı hərəkətlərlə əzab verilməklə çoxsaylı bədən xəsarətləri yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Yoxlama zamanı Zenfira Musayevanın qızı Sevinc Quliyeva tərəfindən anasının baxıcısı tərəfindən döyülməsini əks etdirən videogörüntülər də təqdim edilib.
Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Rayon Polis Şöbəsinə tapşırılıb.
Hazırda istintaq davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“İsrafil Hüseynov” gəmisində partlayışda yaralanmış işçilərdən biri ölüb
Bakıda bacısı qızına təcavüz edən şəxs həbs edildi - RƏSMİ
Binəqədidə 12 yaşlı uşaq itkin düşüb
Günay Musayeva biznesmen sevgilisini bıçaqlayıb
"Kristal Abşeron"da əlbəyaxa dava - Video (Özəl)
Qulaqlıqla yatan oğlanı cərəyan vurdu, öldü
Rusiyada azərbaycanlı çempionu belə saxladılar - VİDEO