Bakıda 4 yaşlı qızın meyiti aşkarlanıb
Bakıda 4 yaşlı qızın meyiti aşkarlanıb.
Minval.info xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, yanvarın 31-i 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda qeyd edilən faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
“Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, – Mətbuat Xidmətindən bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda işıq dirəyinə çırpılan avtomobil yandı - VİDEO
Sumqayıtda 22 yaşlı gənc intihar edib
“BMW”sini təmirə verdi, usta qaçırdı
3 uşaq anası intihar edib
Bakıda poliklinikada mübahisə düşüb, polis çağırılıb