02.02.2022 - 13:36
Hadisə
21 baxış
Bakıda 3 yaşlı uşağa iynə ilə işgəncə verən dayə ilə bağlı RƏSMİ AÇIQLAMA
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AZXEBER.COM-a bildirilib ki, azyaşlının valideynindən müvafiq polis orqanına şikayət daxil olub. Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Qeyd edək ki, ötən gün vətəndaş İradə Bağırova BAKU.WS-in “qaynar xətt”inə bu barədə şikayət edib. Bildirib ki, dayə 3 yaşlı oğlan uşağına iynə vurub.
Hadisə evdə quraşdırılan müşahidə kamerasına düşüb. Videodan da göründüyü kimi dayə uşaq yatmadığına görə iynə vurub.
Uşaq sonradan bu barədə valideynlərinə deyəndən sonra videoya baxıblar.
“Dayənin 10 il iş təcrübəsi var. Ondan soruşanda ki, niyə belə edib, dedi, uşaq yatmadığına görə ona iynə vurub. Mən ona dedim ki, “sənin bu əməlin barədə polisə şikayət edəcəyəm”, – deyə İradə Bağırova bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
14.09.2026 - 10:28
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
13.09.2026 - 20:56
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
13.09.2026 - 19:11
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
13.09.2026 - 13:35
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
13.09.2026 - 12:04
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
13.09.2026 - 11:43
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var
13.09.2026 - 09:58
Qanlı göldə balıqların kütləvi ölümü!
13.09.2026 - 09:51