Bakıda 18 istiqamətdə tıxac: Sürücülərə xəbərdarlıq!
Bakının müxtəlif yollarında ciddi tıxaclar yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, hazırda 18 istiqamətdə nəqliyyatın hərəkətində çətinliklər müşahidə olunur.
Minval.info xəbər verir ki, tıxaclar əsasən Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası, Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti, Tbilisi prospekti və Binəqədi şosesi kimi əsas yollarda qeydə alınıb. Həmçinin, Babək prospekti, Qara Qarayev prospekti, 8 Noyabr prospekti və Üzeyir Hacıbəyli küçəsində də sıxlıq müşahidə olunur.
Digər sıxlıq müşahidə olunan yollar arasında Yusif Səfərov küçəsi, Koroğlu Rəhimov küçəsi, Heydər Əliyev prospekti və onun köməkçi yolları da var. Sürücülərə alternativ yollar seçmələri tövsiyə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi