Bakı sakini oğurlandı - Buraxılması üçün 500 manat tələb olundu
Bakıda adam oğurlayan şəxslər saxlanılıb.
“Minval.info” DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Nizami RPİ 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Ş qardaşının cinayət törətdiyi və buraxılması müqabilində ondan 500 manat pul tələb edildiyi barədə iyulun 3-də mobil telefonuna mesaj yazıldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində onun qardaşının Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş H.Muradov və Cəbrayıl rayon sakini Ə.Həsənov tərəfindən oğurlanması müəyyən olunub. Əməliyyat tədbirləri ilə onlar saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gül bağçasında dəhşət: Ərini basdıran qadın 12 il cəza aldı
Naxçıvanda saxta sənəd fırıldağı: 250 min mənimsədi
30 il sonra Şuşa həbsxanasına qayıtdı
Uğur 777"də qanunsuz əməliyyatlar: Məhkəmə başladı
Suraxanıda oğurluq edən şəxs saxlanıldı
Şəki yaylası faciəsi: Sahibkarı hansı cəza gözləyir?
Keçmiş baş konsul qızıl qaçaqmalçılığında ittiham olunur