Bakı Quba yolunda dəhşətli qəza: Polis əməkdaşı öldü

Sumqayıt şəhəri ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, Bakı-Quba-Rusiya avtomobil yolunun 32-ci km-də qeydə alınmış avtoqəza zamanı “Hyundai” və “Ford” markalı avtomobillər toqquşub.
Məlumata görə, Xızı rayon sakini, 1991-ci il təvəllüdlü Bəkirzadə Xəyyam Yusif oğlu idarə etdiyi “Hyundai” markalı avtomobillə paytaxt istiqamətində hərəkət edirmiş. Sərt və qaranlıq döngələrin birində onun avtomobili əks istiqamətdə gələn “Ford” markalı digər minik maşını ilə toqquşub.
Bundan sonra “Hyundai” markalı avtomobil alışaraq yanmağa başlayıb. Sürücü X.Bəkirzadə ətrafdakıların köməkliyi ilə yanan avtomobildən çıxarılsa da, onun artıq dünyasını dəyişdiyi məlum olub. “Ford”un sürücüsü və bir qadın sərnişin isə xəsarətlə Sumqayıt xəstəxanasına çatdırılıb.
Yol qəzası ilə bağlı istintaq araşdırmaları aparılır. Polis əməkdaşlarının verdiyi məlumata görə, dünyasını dəyişən X.Bəkirzadə Xızı Rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşı imiş.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan bazarında Ermənistan məhsulları: Yeni dövr başlayır
Bakıda yağış və külək həyatı iflic etdi
Boşanma sonrası 93 min uşaq tək valideynlə yaşayır
Payız endirimləri: Bölgələrdə qiymətlər 50% ucuzlaşır!
Əhmədin 627 ballıq uğur hekayəsi!
Bakıda leysan və şimşəkli hava gözlənilir
Azərbaycanda 28 məktəbdə yeni peşə sinifləri açılır