Bakı Qızlar Universiteti akkreditasiyadan keçmədi
Akkreditasiya Şurasının növbəti iclasında bir sıra ali təhsil müəssisələri və təhsil proqramları üzrə akkreditasiya nəticələri açıqlanıb.
Minval.info xəbər verir ki, qərara əsasən, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Aqrar Universiteti və Mingəçevir Dövlət Universiteti növbəti 5 il, Sumqayıt Dövlət Universiteti və Gəncə Dövlət Universiteti isə növbəti 3 il müddətinə institusional akkreditasiya olunmuş hesab edilib.
Bakı Qızlar Universiteti üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi isə “uyğun deyil” kimi qiymətləndirilib. Bununla bağlı qüvvədə olan qaydalara uyğun müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul edilib.
“İbtidai sinif müəllimliyi” ixtisası üzrə proqram akkreditasiyasında 6 proqram 5 il, 3 proqram isə 3 il müddətinə akkreditasiya olunub. Daha 4 proqram üzrə çatışmazlıqların aradan qaldırılması məqsədilə iki ildən sonra təkrar akkreditasiya keçirilməsi qərara alınıb. Bakı Qızlar Universitetinin həmin proqramı akkreditasiyadan keçməyib.
“Məktəbəqədər təhsil” ixtisası üzrə isə 10 proqram 5 il müddətinə akkreditasiya edilib, 3 proqram üçün iki ildən sonra təkrar qiymətləndirmə nəzərdə tutulub. Bakı Qızlar Universitetinin bu proqramı da “uyğun deyil” nəticəsi alaraq akkreditasiya olunmuş hesab edilməyib.
Qeyd olunub ki, qəbul edilən qərarlardan sonra akkreditasiyadan keçmiş ali təhsil müəssisələri və proqramlar üzrə müəyyən edilmiş tövsiyə və göstərişlərin icrası üçün fəaliyyət planları hazırlanacaq və Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə razılaşdırılacaq.
Bildirilib ki, akkreditasiya prosesi ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi, dövlət təhsil standartlarına uyğunluğun təmin olunması və ali təhsil sisteminin davamlı inkişafının dəstəklənməsi məqsədi daşıyır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda müəllimlərə maaşla bağlı ŞAD XƏBƏR
Gələn il bu universitetlərdə tələbə qəbulu azala bilər - Nazir açıqladı
Müəllimlər axşam saat 6-ya kimi məktəbdə qalacaq
Şiddətli töhmət alan məktəb direktoru işdən çıxarıldı
İmtahan qabağı abituriyentlərə vacib məsləhətlər - Bunlara əməl edin