Bakı metrosunda yeni dəmir yolu marşrutu təqdim edildi
Bakı Metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində sərnişinlərin rahat hərəkətini təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) yeni alternativ marşrutlar təqdim edib. Sərnişinlər “Dərnəgül” dəmiryol dayanacağından istifadə edərək “28 May” istiqamətinə qatarla cəmi 11 dəqiqəyə birbaşa gedə bilərlər.
Minval.info xəbər verir ki, həmçinin Xırdalan və Biləcəridən qatarla “Dərnəgül” dayanacağına gələrək, buradan eyniadlı metro stansiyasına keçid etmək mümkündür. Bu yolla sərnişinlər “yaşıl xətt” üzrə, o cümlədən “20 Yanvar”, “İnşaatçılar” və “Elmlər Akademiyası” stansiyaları istiqamətində səfərlərini davam etdirə bilərlər.
ADY, qatarların hərəkət cədvəlinin qurumun rəsmi saytında və “ADY Mobile” tətbiqində təqdim olunduğunu qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi