Bakı metrosunda nə yeniliklər olacaq? - Baş mühəndis danışdı

Qatarların avtomatlaşdırılmış hərəkəti təmin edilməsə, metro stansiyalarının platformaları ilə qatar yolu arasında metal mühafizə torlarını çəkməyə vəsait ayıraraq bu işlərə xərc çəkməyin səmərəsi olmayacaq.
Minval.İnfo xəbər verir ki, bu sözləri Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov Trend-ə müsahibəsində metroda görüləcək işlər, açılacaq yeni stansiyalar və yeniliklərlə bağlı danışarkən deyib.
Ə.Osmanovun sözlərinə görə, hələlik bir sıra xarici ölkələrdə metro stansiyalarının platformaları ilə qatar yolu arasında metal mühafizə torları və digər maneələrin yaradılması mümkün deyil:
“Bakı metrosunun 5 xətti olacaq. Sovet dövründə inşa edilən Qırmızı və Yaşıl xətlərin bünövrəsi elə qoyulub ki, stansiyaların platformalarında PSD adlandırılan mühafizə torları quraşdırmaq praktiki cəhətdən çox mürəkkəb məsələdir. Bu xətlər üzrə stansiyaların konstruksiyaları, texniki imkanları həmin metodun tətbiqinə hazırda imkan vermir. Bənövşəyi xətt üzrə inşa edilən stansiyalarda da bunun tətbiqi nəzərdə tutulmayıb. Bu xətdə də stansiyalar açıq tipli olacaq”.
Baş mühəndis bildirib ki, gələcəkdə Mavi və Sarı xətlərin tikintisində ən yüksək texnologiyalardan istifadə olunacaq və Qatar yolu ilə platform arasında maneə də nəzərə alınacaq:
“Mavi və Sarı xətlərdə qatarların avtomatik hərəkəti nəzərdə tutularsa, onda dediyiniz sistemin də tətbiqi mümkün olacaq. Yalnız gələcəkdə maşinistsiz idarəetmə nəzərdə tutularsa, bu sistemlərin də əvvəlcədən quraşdırılması özünü doğrulda bilər. Qatarların avtomatlaşdırılmış hərəkəti təmin edilməsə, vəsait ayıraraq bu işlərə xərc çəkməyin səmərəsi olmayacaq. Ümumən, məsələnin həm qatarlar, həm stansiyalar, həm də sistemlərin tətbiqi baxımından bir sıra digər mürəkkəb texniki cəhətləri var”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
16 ictimai iaşə müəssisəsində pozuntular aşkarlandı
"Women'secret" mağazası müştəriləri necə aldadır? - FOTOFAKTLAR
Elektrik enerjisinin verilişində məhdudiyyət olacaq - Xəbərdarlıq
Köçkün ailələrinə yeni mənzillər verilir
Azərbaycanda çimərliklərlə bağlı yeni qaydalar hazırlanır
Sabah 36 dərəcə isti olacaq
Övlad sahibi olmaq istəyirsinizsə, bu qidaları YEMƏYİN!