Bakı metrosunda gecikmələrə son: Yeni sistem gəlir!
Bakı Metropoliteni qatarların gecikmə problemini həll etmək üçün yeni bir addım atır. Bu ilin noyabr ayında “Həzi Aslanov” stansiyasında istifadəyə veriləcək dönmə kamerası “qırmızı” xətt üzrə hərəkəti daha da intensivləşdirəcək.
Minval.info xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədovun sözlərinə görə, dönmə kamerası istifadəyə verildikdən sonra “qırmızı xətt” üzrə qatarların intervalı daha da azaldılacaq. Hal-hazırda bu xətt üzrə qatarların intervalı azaldılıb və yeni sistemlə bu intervalın daha da qısalması gözlənilir.
Dönmə kamerasının digər bir üstünlüyü isə hər hansı bir qatarda nasazlıq yaranarsa, həmin qatarın dərhal dönmə kamerasına yönləndirilməsi və digər qatarın xəttə buraxılmasıdır. Bu, intervallarda gecikmələrin qarşısını alacaq və sərnişinlərin rahatlığını təmin edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi