Bakı metrosunda daxili fiberoptik şəbəkə infrastrukturu yaradılır
“Bakı Metropoliteni” QSC daxili fiberoptik şəbəkə infrastrukturunu yaradır.
Bunu “APA-Economics”ə QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, şəbəkənin yaradılması ilk növbədə metroda hərəkətin təşkili və tənzimlənməsi ilə bağlı infrastruktur məsələlərin həllinə, təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə və etibarlılığın artırılmasına yönəlib.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
“Fiberoptik şəbəkənin verəcəyi geniş imkanlardan istifadə etmək günün tələbidir və “Bakı Metropoliteni” bu istiqamətdə işlərini davam etdirir. Metropolitendə ən vacib olan hərəkətin təşkili, nizamlanması, tənzimlənmənin optimallaşdırılması üçün istifadə olunacaq bu şəbəkə gələcəkdə müasir sistemlərin tətbiqinə təkan verəcək”, – deyə B. Məmmədov qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi