Bakı hava limanında ƏMƏLİYYAT
Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat keçirilib.
“Minval.info” xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hava limanında 3 Şri-Lanka vətəndaşı saxlanılıb. Məlum olub ki, onlar həmyerliləri, 1996-cı il təvəllüdlü Pathira Dinuka Nishanthanın şikayəti əsasında tutulublar.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, sentyabrın 21-də gecə saat 23 radələrində Şri-Lanka vətəndaşları-1980-ci il təvəllüdlü Rathnayake Nuvan, 2000-ci il təvəllüdlü Sedara Munasinghe və 1992-ci il təvəllüdlü Dinesh Geethackarige D.Pathiranı Masazır qəsəbəsi, “Bağçalı evlər” yaşayış massivindəki evdə döyüblər. Onlar həmin şəxsin 3 min dollarını, içində 1400 dollar olan kartını, 1 milyon rupi olan digər kartını və dəyəri 2 min dollar olan mobil telefonunu götürərək uzaqlaşıblar.
26 yaşlı Dinuka Pathiranın şikayətindən sonra əməliyyat keçirilib və həmin şəxslər ölkədən çıxmaq istəyərkən saxlanılıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kliniki ölüm keçirən ateist Tanrıya inandı
Zərdabda ailə faciəsi: Beş nəfər yanaraq öldü
Gürcüstandan qalxan təyyarə Rizedə dənizə endi
Şəkidə faciə: İstirahət mərkəzlərində təhlükə artır
Şimalda dəhşətli qəza: 5 nəfər öldü
Beyləqanda ağır qəza: Tanınmış müəllim həlak oldu
Xırdalanda mədəniyyət evinin yaxınlığında yanğın baş verdi