Bakı, Göyçay və Yevlaxda elektrik kəsintisi olacaq
Bu gün Bakı, Göyçay və Yevlaxın bəzi ərazilərində təmir işləri ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.
Minval.info xəbər verir ki, “Azərişıq” ASC-dən verilən məlumata görə, elektrik enerjisinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 7-də paytaxt ərazisində Transformator Məntəqəsində, eləcə də Göyçay və Yevlaxda 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Abdulla Şaiq, Azad Mirzəyev, Məhəmməd Xiyabani, 7-ci Sallaqxana, Tağı Şahbazi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq. Göyçay Elektrik Şəbəkəsinə daxil olan Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində isə saat 10:00-dan 17:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq. Yevlax Elektrik Şəbəkəsinin ərazisində yerləşən Kövər kəndində də saat 10:00-dan 13:00-dək planlı fasilə olacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AMB-nin valyuta ehtiyatları rekord səviyyəyə çatdı
Azad edilmiş ərazilərdən 1706 hektar mina təmizləndi
Bakı-Quba yolunda aşan ağac hərəkəti çətinləşdirdi
Bakıda taksi qiymətləri niyə yüksəlib?
Azercell və ADA süni intellekt təlimini başa çatdırdı
Skuterlərin avtomobil yollarında hərəkəti qadağan olunsun!
Əməkdar artist Sevda Məmmədzadə komaya düşdü