Bakı bulvarında iri əyləncə mərkəzi açılacaq - Foto
Bu il Bakı bulvarında “Caspian Waterfront” iri əyləncə mərkəzi açılacaq.
Minval.info Trend-ə istinadən xəbər verir ki, bunu mərkəzin layihələndirmə işlərini görən “Chapman Taylor” dizayner şirkətinin direktoru Tim Karran deyib.
O bildirib ki, sahəsi 120 min kvadratmetr olan mərkəz ailəvi istirahət məkanı kimi hazırlanır: “Təklif ediləcək əyləncə xidmətlərinin çeşidi çox müxtəlif olacaq, mərkəzdə bütün nəslin nümayəndələri üçün çox gözəl ab-hava yaradılacaq”.
Bundan əvvəl “Caspian Waterfront” iri konqres mərkəzi olmalı idi, lakin sonradan mərkəzin təyinatı dəyişdirildi.
“Chapman Taylor”un qənaətincə, əyləncə mərkəzi Bakının simvollarından birinə çevrilməlidir.
Şirkət dizaynı hazırlayarkən Azərbaycan bayrağındakı və gerbindəki 8 güşəli ulduzdan ilhamlanıb.
Minval.info




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Keçmiş icra başçısı Veyis Məmmədov vəfat etdi
İnarə Mirhəsənova TƏBİB-in müşaviri təyin edildi
Bakıda tələbələr üçün kirayə ev tapmaq çətinləşdi
Ağaclarda qanunsuz reklamlar: 267 qurğu söküldü
Çempionlar Liqası oyunları hansı kanalda?
Kolleclərdə boş yerlərə ixtisas seçimi başladı
Azərbaycanda süni intellekt tibbdə inqilab edir