Bakı-Astara sərnişin qatarı fəaliyyətə başlayacaq - rəsmi açıqlama
Bakı-Astara marşrutu üzrə sərnişin daşımalarının yenidən başlaması üçün planlar açıqlanıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev məlumat verib.
Minval.info xəbər verir ki, Hacıyev açıqlamasında Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin təmir-bərpa işlərinin artıq başladığını bildirib. Hazırda bu istiqamətdə yük daşımaları həyata keçirilir.
Onun sözlərinə görə, dəmir yolu xəttinin bərpası 2027-2028-ci illər arasında tamamlanacaq. Bundan sonra qatar parkının yenilənməsi nəzərdə tutulur və bu prosesdən sonra Bakı-Astara marşrutu üzrə sərnişin daşımaları bərpa edilə bilər.
Bu addımların həyata keçirilməsi ilə bölgədə nəqliyyat infrastrukturunun daha da gücləndirilməsi və sərnişinlərin rahatlığının artırılması hədəflənir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kəmaləddin Heydərov Belarusun fövqəladə hallar naziri ilə görüşdü
Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək?
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Azərbaycan XİN İordaniyaya başsağlığı verib
Bakı-Abşeron qatarlarının metro tezliyində işləməsi planlaşdırılır
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi